Ermənistan qarabağlı ermənilərə düşmən oldu – Şok Səbəblər

 

Fransa Senatı hökumətin Azərbaycana qarşı sanksiya tətbiqi üçün qətnamə qəbul edib. Qətnamə 295 lehinə, 1 əleyhinə səslə qəbul olunub. Sənəddə Azərbaycana qarşı sanksiyaların tətbiqi tələbi ilə yanaşı “erməni əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət verilməsi” tələb edilib.

Görünür, Azərbaycanın seçkiləri müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərməməsi onları Azərbaycanda növbədənkənar prezident seçkilərinə təxminən 3 həftə qalmış növbəti paradoksal addım atmağa vadar edib.

Qətnamədə diqqət çəkən məqam var ki, hansı ki, “Qarabağdan çıxan ermənilərin yenidən bu torpaqlara qayarılmasının təminatı” ilə bağlıdır. Avropa Parlamenti və Fransa ermənilərin canına yanan tipli açıqlamaları, “sənədləri” onların vəziyyəti diqqətdə saxladıqları kimi göstərməyə çalışsalar da, əslində bu heç də belə deyil. Məlum olduğu kimi, Ermənistanda “Qarabağ pasportu”nu dəyişdirmək qərarına gələn şəxslərin sayı açıqlanıb. Rəsmi İrəvanın iddia etdiyi rəqəmlərə inanmış olsaq Qarabağı tərk edən 120 min nəfərdən sadəcə 735 nəfər bu qərarı verib.

Onların digər seçimi isə pasportlarını dəyişdirməmək və dövlət idarələrindən bu barədə sertifikat alaraq bəzi Avropa ölkələrində “qaçqın” statusu ilə yaşamaqdır. Onlar sadə bir kağız ilə AB ölkələrində çox asanlıqla köçmək üçün müraciət edə bilərlər. Rəsmi açıqlamaya görə bu rəqəmlər 53 mindən çoxdur.

Diqqət çəkən məqam da məhz budur. Görünür nə Qarabağın erməni sakinlərinin Ermənistana ehtiyacı var, nə də Ermənistanın onlara. Avropaya çox rahat şəkildə getmək üçün hər iki tərəf üçün də ən uyğun üsul budur. Hətta, yəqin ki, Avropaya rahat yolla getmək üçün külli miqdarda rüşvət verməklə özünü Qarabağı tərk etmiş kimi göstərənlər də az deyil.

Göründüyü kimi erməni rəsmilər Qarabağın erməni sakinlərinin ölkəni tərk etməsi üçün əlindən gələni edir. Bu anda belə bir sual yaranır. Edilən yardımların rədd edilməsi və öz xalqının ölkəni tərk etməsi üçün süni maneələrin yaradılması da bir növ etnik təmizləmə sayılmır? Regiondakı vəziyyəti diqqətlə izləyən Fransa bunları niyə görməzdən gəlir?

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password