Türkiyəyə qarşı xain işbirliyi – Arxasından müttəfiq ölkə çıxdı

 

ABŞ İraq və Suriya ərazilərindəki hərbçilərimizin yerlərini peykdən təsbit edir, PKK-nın istifadə etdiyi GPS cihazlarına yükləyir.

Bunu Türkiyə ordusunun təqaüddə olan polkovniki Mithat Işık deyib.

Uzun illər bölgədə çalışan Işık bölgənin əhəmiyyətini və terrorçuların Türkiyə yaxınlığında necə yerləşmələrinə diqqət çəkib.

Son hücumun baş verdiyi ərazinin Türkiyə sərhədindən təxminən 25-30 km aralıda olduğunu bildirən polkovnik ABŞ-nin Suriyada PKK terror təşkilatına hər cür hava və coğrafi şəraitdə istifadə edə biləcəyi silahlar, avadanlıqlar və texnikalarla təmin etdiyini vurğulayıb:

“Təşkilatın uzaqmənzilli raket və minaatanları var. ABŞ İraq və Suriya ərazilərindəki hərbçilərimizin yerlərini peykdən təsbit edir, PKK-nın istifadə etdiyi GPS cihazlarına yükləyir”.

Işık PKK terrorçularının Suriyada təlim keçdiyini və Süleymaniyyəyə (İraq) gəldiklərini söyləyib:

“Süleymaniyyədən Hakurk, Sidekan və Ranya bölgələrinin girişlərinə qədər gəliblər, kəndlər də var. O bölgə PKK-nın istifadə etdiyi bölgədir. Əvvəllər fəaliyyət göstərdiyimiz o məntəqələri boşaldanda təşkilat gəlib dərhal oraları doldurdu və sərhəd zastavalarını hədəfə almağa başladı”.

Polkovnik İraq dövləti sərhədlərini qoruyana qədər Türkiyənin bölgədə qalacağını da qeyd edib:

“Sərhədlərimizi uzaqdan qorumaq və PKK-nın bölgədə möhkəmlənməsinin qarşısını almaq üçün bu əməliyyatları həyata keçirməyə borcluyuq. Türkiyənin təhlükəsizliyi üçün İraqın daha da cənubuna getməliyik”.

“Yeni Şafak” qəzeti yazır ki, Şimali İraqda Türkiyə ordusunun 9 şəhidinin olduğu hücumun təfərrüatları aydınlaşmağa başlayıb. Nəşr bildirir ki, terrorçuların son hücum etdiyi baza ərazisi 22-23 dekabr tarixlərində sızma cəhdinə yaxın bir nöqtədədir. 1400 metrlik təpələr də kəndlərə yaxındır. Türkiyə Silahlı Qüvvələri kəndlərə və yaşayış məntəqələrinə yaxınlaşmır. Terrorçuların Metina bölgəsində gizləndikləri yaşayış məhəllələrindən gəldikləri və ya həmin məntəqələrdən yardım aldığı güman edilir. Digər ehtimal isə PKK üzvlərinin bölgəyə ABŞ helikopteri ilə aparıldığıdır. Nəşr amerikalıların PKK terrorçularına helikopter dəstəyi verdiyini yazır./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password