“Zəngəzur dəhlizi” ifadəsini kim tapsa… – Nikol

 

Əslində, üçtərəfli bəyannamənin iki tərəfi – Azərbaycan və Rusiya imzalanan andan 2023-cü ilin sentyabrına qədər sənədin artıq onlar üçün mövcud olmadığını göstərdilər.

Bu sözləri Baş nazir Nikol Paşinyan Yeni Bəyaziddə (Qavar) Vətəndaş Müqaviləsi Partiyasının təşəbbüs qrupunun iclasında çıxışı zamanı deyib.

“Rusiya Federasiyası və Azərbaycanın iştirakı ilə Qarabağda baş vermiş aksiyalar göstərdi ki, bu sənəd artıq onlar üçün mövcud deyil. Bu sənədin üçtərəfli sazişin iki tərəfi üçün artıq mövcud olmaması ola bilməz. Bu bəyannamə üçüncü tərəf üçün mövcud olmağa davam edəcək”, – baş nazir qeyd edib.

Paşinyanın iddiasına görə, Azərbaycan tərəfdən deyirlər ki, noyabrın 9/10-da imzalanan üçtərəfli bəyannamədə “Zəngəzur dəhlizi” müəyyən edilib və Rusiya Federasiyası bu yolların təhlükəsizliyini təmin etməlidir:

“9/10 noyabr bəyanatında bu, ümumiyyətlə yoxdur, heç yerdə yazılmayıb ki, Rusiya Ermənistanın hər hansı ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir, əksinə, yazılıb ki, Ermənistan Respublikası öz ərazisində təhlükəsizliyə zəmanət verir. Və bu da ağlabatandır, başqa kim təmin etməlidir ki?”

Paşinyan iddia edib ki, Azərbaycan 3 ildir 9/10 noyabr bəyanatına istinad edərək, Zəngəzur dəhlizi ilə bağlı danışıqları inkişaf etdirir:

“9/10 noyabr tarixli üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi” ifadəsini tapana pul mükafatı vəd edirəm. Təəssüf ki, heç kim bu mükafatı ala bilməz, çünki üçtərəfli bəyanatda belə bir ifadə yoxdur”.

Qeyd edək ki, Paşinyan ənənəvi olaraq “Zəngəzur dəhlizi” ifadəsinin bəyanatda yazılmamasından sui-istifadə edir. Halbuki 9/10 noyabr 2020-ci il bəyanatıbıb 9-cu bəndində göstərilir:

“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password