Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

 

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Bu barədə nazirliyin X səhifəsində yazılıb.

“Pençe-Kilit antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk”, – paylaşımda bildirilir.

Qeyd edək ki, İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 9 türk əsgəri şəhid olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password