Ötən il ən çox şikayət edilən sığorta şirkətləri açıqlanıb

 

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Xalq Sığorta” (3,80 indeksi ilə) olub. Ötən aya nisbətən sığorta şirkətindən edilən şirkətlərin həcmi 6%-dən çox artıb. Belə ki, “Xalq Sığorta” üzrə şikayət indeksi ötən ay 3,58 təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının dekabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər siyahısında – “Bakı Sığorta” 1.65 indeksi ilə ikinci ( əvvəlki ayla müqayisədə 0,20 bənd azalma), ” Azərsığorta” isə 1.59 indeksi ilə (0,42 bənd artım) siyahıda üçüncü olub.

Qeyd edək ki, avto-icbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, “İpək Yolu Sığorta”, “A-Qroup Sığorta”, lisenziyası ləğv olunmuş “Günay Sığorta” və “Naxçıvan Sığorta” üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password