Ukraynaya müjdə verildi – “Rus ordusunun qara günləri başlayır”
Ukrayna Norveçdən Amerika F-16 qırıcılarını qəbul etdikdən sonra Xerson vilayətinin işğal olunmuş sol sahilinə hücuma keçməyi planlaşdırır.
Bu barədə alman nəşri “Welt” yazır.
“Ukrayna Silahlı Qüvvələri Krınki kəndi ərazisində körpübaşı saxlayır. 2023-cü ilin oktyabrından sol sahildə bir neçə Rusiya təyyarəsinin vurulması işğal aviasiyasının təzyiqini zəiflətdi. Bu, Ukrayna qoşunlarına rusların hücumlarını daha da effektiv dəf etməyə imkan verdi. Hazırda ruslar orada böyük itkilər verirlər. Dneprdəki Ukrayna körpüsündən Krıma qədər cəmi 60 km məsafə var. Norveçin yaxın bir neçə ay ərzində təhvil verəcəyi F-16 qırıcılarının yerləşdirilməsi ilə Ukrayna müdafiədən hücuma keçə bilər. Ukrayna Silahlı Qüvvələrinin Daxili İşlər Nazirliyi bəyan edib ki, F-16-lar Ukrayna səmasında peyda olanda rus ordusu üçün qara gün başlayacaq”, – “Welt” vurğulayır.