Ərdoğan elan edəcək – Tarixi qərarda diqqətçəkən Azərbaycan detalı

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və hakim partiyanın (AKP) sədri Rəcəb Tayyib Ərdoğan dünən İstanbul başda olmaqla 11 böyük şəhər və 15 vilayətin bələdiyyə sədrliyinə namizədlərini açıqlayıb.

Türkiyə liderinin yanvarın 15-də Ankara və digər şəhərlər üzrə namizədləri açıqlayacağı bildirilir.

Türkiyə mətbuatının iddiasına görə, AKP-nin Ankara böyükşəhər bələdiyyəsi sədrliyinə namizədinin Keçiören (Ankara) bələdiyyəsinin başçısı Turqut Altınok olacağı dəqiqdir.

Altınokun bioqrafiyasındakı Azərbaycanla bağlı detal diqqət çəkir. Siyasətçinin Vikipediya məlumatına görə, Azərbaycanda hüquq təhsili alıb, Türkiyə-Azərbaycan əlaqələrinə verdiyi töhfələrə görə ölkəmizdə mükafata layiq görülüb.

Siyasi karyerası ərzində “Ülkü Ocakları”, Millətçi İşçi Partiyası, Fəzilət Partiyası və Millətçi Hərəkat Partiyasında yüksək vəzifələr tutub.

İlk dəfə 1999-cu ildə Fəzilət Partiyasından Keçiören bələdiyyəsinə sədr seçilib.

Vikipediya məlumatında AKP-nin qurucuları arasında yer aldığı bildirilir.

2004-cü il seçkilərində AKP-dən Keçiören bələdiyyə sədri olub. 2009-cu il seçkilərində Ankara böyükşəhər bələdiyyəsinə namizəd olsa da, uduzub.

2013-cü ildə AKP-dən istefa verib, 2019-cu ildə yenidən qayıdıb. Həmin il hakim partiyadan Keçiören bələdiyyəsinə namizəd olub və qalib gəlib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password