Hikmət Haciyev: “Sülh ilk növbədə Bakı və İrəvanın məsuliyyətidir”
“Ötən il Cənubi Qafqaz üçün toqquşmalar, siyasi mübahisələr və mürəkkəb geosiyasət mövzuları ili olub”.
Bu barədə “TRT World” telekanalında yayımlanan “Strait Talk” layihəsinin növbəti buraxılışında bildirilib.
Verilişin budəfəki qonaqları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza olub.
H.Hacıyev Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesi, eləcə də ölkəmizin xarici siyasətinin digər aspektləri barədə ətraflı danışıb.
“Sülh ilk növbədə Bakı və İrəvanın məsuliyyətidir”, – deyən Prezidentin köməkçisi sülh prosesində üçüncü tərəfin iştirakına da münasibət bildirib.