Rusiyadan ermənilərə tərs cavab: “Azərbaycana hücum etməli idik?”

 

“Rusiya Ermənistanı himayə etmədi” o deməkdir ki, Rusiya birbaşa (Azərbaycana qarşı – red.) əks-hücuma keçməli idi?!

Bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın “İctimai” televiziyasına müsahibəsində deyib.

Jurnalist səfirə Ermənistanla Azərbaycan arasındakı qarşıdurma zamanı Moskvanın öhdəliklərini yerinə yetirməməsi ilə bağlı sual ünvanlayıb.

Rusiyalı diplomatın suala cavabı belə olub:

“Rusiya da biganə qalmadı, gərginliyin daha da artmasının qarşısının alınması, sülh yolu ilə nizamlanma prosesinin sütunlarının aşmaması – vəziyyəti nəzarətdə saxlamaq üçün ən yüksək səviyyədə addımlar atıldı və atılır. Bu, Rusiya regionunda rol idi və indi də rol oynayır”.

 

Kopırkin İran və ABŞ-nin Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olduğunu vurğulayan bəyanatlar verməsi, Rusiyanın belə bir açıqlama ilə çıxış etməməsinə dair sualı da cavablandırıb:

“Məncə, bəyanatları kontekstdən çıxarmaq olmaz. Burada İran hərbçiləri yoxdur, Rusiya sülhməramlıları var. Rusiya bu faktı gözardı edə bilməz. Rusiya üçün vəziyyətin nəzarətdə qalması vacibdir, sülh yolu ilə nizamlanmanın sütunları pozulmamalıdır.

Rusiya müttəfiqlik öhdəliklərindən geri çəkilmir, amma Rusiya bəyanatlarında və hərəkətlərində populist ola bilməz”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password