Qızılca hansı xəstəliklərlə səhv salınır?
“Qızılcanı əsasən məxmərək xəstəliyi ilə səhv salırlar. Artıq uşaqlarda allergik səpkilər olanda belə valideynlər narahat olur”.
Bu fikirlər İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” verlişində səsləndirilib.
Həkimlərin sözlərinə görə, qızılca ilə məxmərəyin səpgisi bənzər olsa da, əslində, bu xəstəliklər tamamilə fərqlidir:
“Bu xəstəliklərin hər birinin törədicisi var. Xəstəliklər gedişatına görə də fərqlənirlər. Yoluxduruculuq qabiliyyətinin yüksək olması ilə seçilən qızılca virusu ilk günlərində adi soyuqdəymə kimi özünü göstərməyə başlayır. Lakin zamanla virus buruntutulma, öskürək, qızdırma, boğaz ağrısı ilə müşahidə edilir, gözlər qızarır və sulanmağa başlayır. Sonrakı günlərdə isə bədəndə səpgilər yaranmağa başlayır”.
Ətraflı süjetdə: