Nikola Bakı ilə əlaqəyə imkan vermirlər – Markov
Bu gün Paşinyanın əsas məqsədi Ermənistanı Qərbə sürükləmək və Qərbin vasitəçiliyi ilə Azərbaycanla münasibətləri həll etməkdir.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Ermənistanın Baş naziri həqiqətən də Bakı ilə münasibətləri yaxşılaşdırmaq istərdi. Amma Ermənistanın ictimai rəyi Paşinyana qarşı “Qarabağı təslim etdin” kimi böyük iddialar irəli sürdüyü üçün Nikol erməni cəmiyyəti və revanşistlərin fikrinə görə Azərbaycana daha güzəştə gedə bilməz. Ona görə də o, mümkün qədər Azərbaycanı günahlandırmağa çalışır, bununla da Qarabağla əlaqədar siyasətindən narazı olanların “hücumunu dəf etməyə” çalışır”, – o bildirib.