Fransa Ermənistanı yenə silahlandırır: Rəsmi Parisin hiyləgər planı davam edir

 

Fransa Senatı Ermənistana “CAESAR” tipli artilleriya qurğuları, “MİSTRAL” raket kompleksi göndərmək barədə qərar qəbul edib.

Bu barədə erməni KİV-ləri Fransa Senatının hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Fransa Ermənistana 2023-cü ildə hərbi yardım göndərməyə söz verib. Senatın hesabatında deyilir ki, bu silahların, eləcə də yeni hava hücumundan müdafiə sistemlərinin Ermənistana verilməsindən əsas məqsəd rəsmi İrəvana, guya mülki vətəndaşlarını və sərhədlərini qorumağa kömək göstərməkdir.

“Bundan əvvəl isə Ermənistan prezidenti Vaqan Xaçaturyan “France2″ telekanalına müsahibəsində ölkəsinə Rusiyanın əvəzində başqa hərbi tərəfdaş lazım olduğunu bildirib. Onun sözlərinə görə, Fransa bu sahədə Ermənistana yardım etməyə hazır olduğunu bəyan edən ilk ölkədir”, – məlumatda qeyd olunub.

Göründüyü kimi, Fransa Ermənistanı silahlandırmağa davam etmək qərarına gəlib. Rəsmi Paris Ermənistana siyasi dəstək verməklə yanaşı, hərbi dəstəyini də əsirgəmir. Təcavüzkar ölkəni silahlandırmağa başlayan Fransa bununla ikiüzlü siyasətini ortaya qoyur.

Faktiki olaraq Cənubi Qafqazda sülh tərəfdarı olduğunu göstərməyə çalışan rəsmi Paris digər tərəfdən də Ermənistanı silahlandırır.

Beləliklə, rəsmi Paris İrəvanın hərbi gücünün artırılmasını üstün tutur.

Ermənistan isə Fransanın fitvası ilə gərginliyin artmasının özünün ziyanına olduğunu dərk etmir. Bununla da Ermənistan daha böyük bataqlığa sürüklənir.

Ermənistan dərk etməlidir ki, ikiüzlü siyasət sərgiləyən bu, ölkə birmənalı şəkildə öz maraqlarını güdür.

Qeyd edək ki, Ermənistan bu yaxınlarda “Thales”dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılıb.

Oktyabrın 23-də Fransanın müdafiə naziri Sebastyen Lekornu Fransanın üç ədəd GM 200 radarının satışı və “Mistral” zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islah etmək və modernləşdirmək səylərini dəstəkləyəcək.

Fransa və Ermənistan müdafiə nazirləri “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair saziş və Fransanın “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password