“Yuxarı Lars”: İrəvan Bakıya məcbur qalır – araşdırma

 

Ermənistan Rusiya və İrana öz məhsullarını ixrac etmək üçün Azərbaycandan keçən nəqliyyat yollarından istifadə edə bilər.

Qeyd edək ki, “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinin bağlanması və bu yolun çətin coğrafi şəraiti Ermənistan üçün ciddi problemlər yaradır.

Bəzi ekspertlərin fikrincə, Ermənistanın düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər.

Məsələ ilə bağlı Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Fərhad Məmmədov açıqlamasında qeyd edib ki, “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində baş verənlər yeni hadisələr deyil:

“Nəzərə almaq lazımdır ki, “Yuxarı Lars”a alternativ olaraq Gürcüstandan Rusiyaya yeni yol çəkilir. Avropa İttifaqı bu yolun tikilməsinə investisiya yatırıb. Asiya İnkişaf Bankı da bu layihədə iştirak edir. Yaxın 1-2 ildə təbii səbəblərdən qaynaqlanan poblem öz həllini tapacaq.

O ki qaldı Azərbaycanın nəqliyyat infrastrukturunun Ermənistanın da istifadə etməsinə, bu, Rusiya və İran istiqamətində dəmir yolu olacaq. Əlbəttə, bunun üçün ilk növbədə Ermənistan öz xarici ticarət əlaqələrini hansı istiqamətdə inkişafını müəyyən etməlidir. Bu gün Ermənistanın Rusiya ilə ticarət döriyyəsi kifayyət qədər artıb.

Belə olan şəraitdə Azərbaycandan keçən kommunikasiyalarından Ermənistanın da istifadə etməsi aktual görünür. Lakin əgər Rusiya Ermənistana qarşı embarqoları gücləndirərsə, rəsmi İrəvan məcbur olub başqa bazarlar axtaracaq.

Sözsüz ki, Ermənistan Naxçıvan üzərindən dəmir yolu ilə İrana yeni çıxışın əldə edilməsinə və Türkiyə ilə Azərbaycanı birləşdirən kommunikasiyalara diqqət yetirəcək. Amma bu, Ermənistanın Azərbaycanla necə münasibətlər qurmasından asılı olacaq.

Bütün variantları nəzərdən keçirərkən, Ermənistanın Azərbaycana tələbatı olacağından heç şübhə yoxdur. Rəsmi İrəvan Azərbaycanın kommunikasiyalar ilə bağlı ədalətli şərtlərini qəbul edəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password