O ölkəyə xəbərdarlıq: “Rus ordusu sizi də Ukraynanın gününə salacaq”
Bolqarıstan ABŞ-ın peyki olmaqda davam edərsə və onun təsiri altında Rusiya ilə münaqişəyə başlamaq qərarına gəlsə, Ukraynanın taleyini yaşayacaq.
Bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.
“Siz doğrudan da Rusiya ilə müharibə etmək istəyirsiniz? Ukraynanın başına gələnləri görmədiniz? Rusiyaya qalib gələ bilməzsiniz”, – Ritter bildirib.
Keçmiş kəşfiyyatçının fikrincə, Rusiya planetin ən yaxşı döyüş qabiliyyətinə malik ordusuna sahibdir, onlar yaxşı təlim keçiblər və təchiz olunublar, NATO-nun heç vaxt keçirmədiyi ciddi döyüş sınaqlarından keçiblər:
“İstənilən ordunun əsas cəhəti onun təfəkkürü, qələbə düşüncəsidir. Rusiya silahlı qüvvələri qələbənin dadını, qalib gəlməyi də bilir”.
Ritter qeyd edib ki, Rusiyadan fərqli olaraq, NATO kimi Bolqarıstanda da müvafiq hazırlıq və qalib gəlmək qabiliyyətinə əmin olan təlim keçmiş zabitlər yoxdur:
“Bolqarıstan sonuncu dəfə nə vaxt müharibədə qalib gəlib? Hərbi qələbənin nə olduğunu bilən zabitləri varmı?”./teleqraf.com