Deputat: “Turan adı bəzən kimlərisə qorxudur, amma bu, millətçilik deyil”

 

“Turan adı bəzən kimlərisə qorxudur. Amma bu, millətçilik deyil”.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün keçirilən bu konfransı zəruri edən çağırışlar var. Millət vəkilinin sözlərinə görə, həm də beynəlxalq aləmdə yaranan reallıqlarla bağlıdır: “Türkmənçay və Gülüstan müqaviləsindən əvvəl 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsi əslində müəyyən proseslərin başlanğıcı olub”.

H.Babaoğlu söyləyib ki, o dövrdə bir çox ziyalıların arzuladığı türk dünyası arasında əməkdaşlıq artıq reallığa çevrilib.

Deputat bəyan edib ki, Azərbaycan xalqı həmişə liderlər yetişdirməyi və liderlər ətrafında birləşməyi bacarıb.

O bildirib ki, vaxtı ilə xalqın Ümummilli Lider Heydər Əliyev ətrafında birləşməsi bunun ən bariz nümunəsidir: “Müstəqillik əldə etdikdən sonra bizim hər birimizin məqsədimiz Qarabağın azad olunması idi. Bu, çox şaxəli fəaliyyət idi. Dostlarla strateji müttəfiq olmaq, düşmən ölkələri dosta çevirmək və qüdrətimizin artırılması tələb olunurdu. Bunun üçün uzun vaxt lazım idi. Amma məqsədimizə nail olduq. Ona görə də bu gün Ulu Öndər Heydər Əliyevi xüsusi ehtiramla anırıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password