Ədliyyə orqanlarının yaradılmasının 105 illiyinə və ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş şahmat turniri keçirilib

 

Azərbaycanda Ədliyyə orqanlarının yaradılmasının 105 illiyinə və ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş şahmat turniri keçirilmişdir.

16-17 noyabr tarixlərində Gənc İstedlar Şahmat Klubunda baş tutan turnirdə Ədliyyə Nazirliyinə tabeli qurumlarda çalışan əməkdaşlar iştirak etmişlər. Ədliyyə orqanlarının 105 illik yubileyi və ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş şahmat turniri yüksək səviyyədə təşkil olunmuşdur.

Gərgin mübarizə şəraitində keçən yarışda penitensiar xidmətin əməkdaşı, ədliyyə mayoru Cavid Məmmədov çempionluğu əldə etmişdir. İcra xidmətinin əməkdaşı, ədliyyə müşaviri Rəşad Hacıyev və penitensiar xidmətin əməkdaşı, ədliyyə mayoru Zamin Əliyev müvafiq olaraq 2-3-cü yerləri tutmuşlar.

Məqaləyə dair fotomateriallar:

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password