Tarix verildi: Ukraynada müharibə dayandırılır – Danışıqlar başlayır

 

Ukraynaya Rusiya ilə danışıqlara görə təzyiq edilməsi zərərli və qeyri-məhsuldardır.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

“Ukraynanı Rusiya ilə danışıqlara məcbur etmək üçün xarici təzyiqlər Putinin maksimalist məqsədlərini saxladığı və döyüş meydanında bunlara nail olacağına inandığı müddətcə zərərli və əks-məhsuldardır”, – ISW bildirir.

Prezident Vladimir Zelenski dəfələrlə bəyan edib ki, Ukrayna əraziləri tam işğaldan azad edilənədək Rusiya ilə danışıqlar aparmayacaq. Noyabrın 4-də “NBC News” telekanalı ABŞ rəsmilərinə istinadla bildirmişdi ki, Vaşinqton və Avropa Birliyi nümayəndələri müharibəni dayandırmaq üçün Rusiya və Ukrayna arasında mümkün sülh danışıqlarını müzakirə etməyə başlayıblar.

İddiaya görə, müvafiq müzakirələr oktyabrda 50-dən çox ölkənin daxil olduğu Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında da aparılıb. Danışıqlarda Ukraynanın razılığa gəlmək üçün nədən imtina etməli ola biləcəyinə toxunulub. Eyni zamanda, mənbələrin bildirdiyinə görə, NATO Ukraynaya Rusiyanın öz ərazisinə yeni təcavüzünün qarşısını alacaq bəzi təhlükəsizlik zəmanətləri təklif etməyə hazırdır.

Məlumatda qeyd edilir ki, müzakirələr ABŞ və Avropa ölkələrinin müharibənin dalana dirənməsi və Ukraynaya yardımı davam etdirə bilməyəcəkləri narahatlığı fonunda başlayıb.

Rəsmilər əmindirlər ki, Ukraynanın bu ilin sonuna və ya bir qədər çox vaxtı var, bundan sonra sülh danışıqları ilə bağlı daha təcili müzakirələr start götürəcək. Eyni zamanda, ABŞ nümayəndələri açıq şəkildə Ukraynanı Rusiya ilə danışıqlara sövq etdiklərini və Kiyevlə belə müzakirələrin aparıldığını inkar edirlər./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password