Ərəb turistlərin sayı artıb, avropalıların sayı azalıb – Azərbaycan hələ də bahalı ölkə sayılır…

 

Bu ilin ilk 9 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 32,1 faiz artaraq 1,535 milyon nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirir ki, gələnlərin sayı Çindən – 8,2 dəfə, Cənubi Koreyadan – 3,4 dəfə, Türkmənistandan – 2,9 dəfə, Hindistandan – 2,1 dəfə, Polşadan – 2,0 dəfə, Qazaxıstandan – 1,9 dəfə, Tacikistandan – 1,9 dəfə, Misirdən – 1,8 dəfə, Filippin, Qırğızıstan, Bəhreyn, Belarus, Moldova, Özbəkistan, İspaniya və İtaliyadan – 1,6 dəfə, Rusiya Federasiyasından – 1,5 dəfə, ABŞ-dan – 41,4 faiz, Kanadadan – 41,1 faiz, İsraildən – 34,6 faiz, Gürcüstandan – 31,7 faiz, Niderlanddan – 30,2 faiz, Böyük Britaniyadan – 26,3 faiz, Küveytdən – 24,0 faiz, Fransadan – 23,2 faiz, Almaniyadan – 20,6 faiz, Türkiyədən – 20,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 11,6 faiz, Ukraynadan – 8,6 faiz artıb.

İqtisadçı, deputat Vüqar Bayramov DSK-nın məlumatını şərh edərkən bildirib ki, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illər ilə müqayisədə dəyişiklik qeydə alınır: “Avropalıların sayı artır, ərəb tursitlərinin səfərləri azalır. Körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalsa da Avropa İttifaqından gələnlərin sayı 39,5 faiz artıb”, – o qeyd edib.

İqtisadçının sözlərinə görə, ərəb turistlərin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir: “Avropadan gələnlərin sayının artması isə pandemiyadan sonra köhnə qitədə getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağının artdığı müşahidə olunur”.

V.Bayramov xatırladır ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən ikinci sektordur. “Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2,6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”, – deputat vurğulayıb./”azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password