Dağıstanda təhlükəli gəlişmə – Bütün Rusiyanı cənginə ala bilər

 

Dağıstanda və Şimali Qafqazın digər bölgələrində yəhudilərə qarşı etirazlar Rusiyada etnik və dinlərarası gərginliyin artmasına dəlalət edir. Görünür, Kreml nümayişlərə rəsmi cavab verməyi regional hakimiyyət orqanlarının öhdəsinə buraxıb.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Dünən axşam saatlarında Dağıstan rəhbəri Sergey Məlikov, Qaraçay-Çərkəz rəhbəri Rəşid Temrezov və Kabardin-Balkar rəhbəri Kazbek Kokov Şimali Qafqaz sakinlərini aqressiv hərəkətlərdən çəkinməyə və beynəlxalq düşmənçiliyi qızışdırmaq cəhdlərini dayandırmağa çağırıb. Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzi baş verənləri pisləyib.

Etirazlar qızışında yerli qurumların xəbərdarlığı nümayişin dayandırılmasına bəs etməyib.

ABŞ institutu bildirir ki, Kreml vəziyyətin nəzarət altında olduğuna inandırmaq və yəhudilərə Rusiyanı dini baxımdan tolerant ölkə kimi təqdim etmək cəhdlərinə baxmayaraq, ölkənin yəhudi azlıq üçün təhlükəsiz olduğuna inandırmaqda çətinlik çəkəcək. Dağıstandakı yəhudi icmasının baş ravvinliyinin sözçüsü Ovadya İsakov deyib ki, bölgədəki yüzlərlə yəhudi ailəsi Dağıstanı və Rusiyanı tərk etməlidir.

Mənbələr antisemit nümayişlərin Dağıstan və Şimali Qafqazdan Rusiyanın digər bölgələrinə də yayılacağından ehtiyat edirlər. Prosesi qızışdıra biləcək kənar müdaxilələr də istisna edilmir. Məlumatda deyilir ki, nümayişlər 1990-cı illərdə Tacikistan və Çeçenistanda etnik rusların öldürüldüyü vəziyyətə gətirib çıxara bilər. Üstəgəl, son nümayişlərə Rusiyanın aidiyyəti qurumlarının ləng reaksiyası da diqqət çəkib.

ISW-nin iddiasına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Prezident Vladimir Putinin rəğbətini qazanmaq üçün ölkədə etnik-dini gərginliyin artmasından istifadə edə bilər.

“Kreml adətən etnik-dini gərginliyi ehtiva edən hadisələrə, o cümlədən miqrantların ruslara hücumlarına reaksiya verməkdə ləng davranır. Etnik-dini gərginliyi daha da gücləndirən hərəkətsizliyə görə rus ultra-millətçilərinin Rusiya hökumətinə qəzəbini artırır. Bortnikov və Bastrıkin Rusiyanın informasiya məkanı vasitəsilə özlərini bu məsələni həll etməyə qadir insanlar kimi göstərməyə çalışa bilər”, – məlumatda qeyd olunur.

Bununla belə, ISW vurğulayır ki, bu iki şəxs Putinin 2012-ci ildə ölkədə demoqrafik problemləri həll etmək üçün Rusiyaya miqrasiyanı təşviq etmək siyasətini həyata keçirə bilməyib. Bu və digər səbəblərdən Rusiya liderinin yanında nüfuzlarını itiriblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password