“Qarabağ” səfərdə Almaniya klubuna böyük hesabla uduzub

 

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III turda Almaniyada “Bayer 04” klubunun qonağı olub.

“Bay Arena”dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba vurub. 16-cı dəqiqədə Azərbaycan çempionunun heyətində Toral Bayramov penaltidən fərqlənib.

Qrupun digər görüşündə “Molde” İsveçin “Hakken” kollektivini eyni hesabla üstələyib.

Beləliklə, “Bayer 04” xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. “Qarabağ” 6 xalla ikinci, “Molde” 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki “Hakken”in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda “Bayer 04″ü qəbul edəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password