Tehran toplantısı niyə nəticəsiz bitəcək? – İşbirliyinə mane olan iki faktor

 

“Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığını genişləndirməyə çalışması Moskva və Tehranda narahatlıq doğurmalıdır”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert “Altılıq” formatının İranda keçiriləcək toplantısına diqqət çəkib:

“Tehranda 3+3 formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Rusiya, Türkiyə) formatında keçirləcək görüşdən iki səbəbə görə nəticə gözləməyə dəyməz. Birincisi, Gürcüstan Rusiyanın torpaqlarını işğal etdiyinə və bu ölkə ilə diplomatik münasibətləri kəsdiyinə görə formatda iştirak etmir. Bu, Gürcüstanın təbii haqqıdır.

İkincisi, 3+3 formatının digər iki iştirakçısı – Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmaması da regional əməkdaşlığa əsas əngəldir. Məsələn, xarici işlər nazirləri Tehran təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edəcək. Bunların reallığa çevrilməsi üçün formatın digər iki üzvü – Rusiya və İran Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanmasını uzatmamağa çağırmalıdır. Belə çağırışlar yoxdur. Halbuki Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığını genişləndirməyə çalışması Moskva və Tehranda narahatlıq doğurmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password