“Böyük beşlik” ölkələrində ən çox qolda yaxından iştirak edən futbolçular

 

Avropanın “böyük beşlik” ölkələrinin yüksək liqalarında 2023/2024 mövsümündə ən çox qolda yaxından iştirak edən futbolçular açıqlanıb.

10 nəfərlik siyahıya üç futbolçu başçılıq edir.

Harri Keyn, Seru Qirassi və Lautaro Martines mövsümün geridə qalan dönəmində komandalarının 11 qol vurmalarında əsas pay sahiblərindən olublar. Yalnız şəxsi göstəricilərə görə Keyn həmkarlarını qabaqlayır. Almaniyanın “Bavariya” klubunun yayda heyətinə qatdığı ingiltərəli hücumçu Bundesliqada 8 qol vurub, 3 məhsuldar ötürmə verib.

Azərbaycan Premyer Liqasında bu baxımdan 4 futbolçu digərlərindən fərqlənir. “Qarabağ”ın oyunçuları Olavio Juninyo, Abdullah Zubir, “Səbail”in hücumçusu Aleksandr Ramalinqom və “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov 5 qolun vurulmasında yaxından iştirak ediblər. Juninyo 5 qol, Ramalinqom 4 qol, 1 assist, Zubir 3 qol, 2 assist, Muradov isə 2 qol, 3 assistlə yadda qalıblar. Onların bu göstəriciləri “Top-5” liqada 10-cu sıradakı futbolçuya çatmaq üçün də yetərli deyil.

1. Harri Keyn (“Bavariya”, Almaniya) – 11 qolda yaxından iştirak (8 qol / 3 assist)

2. Seru Qirassi (“Ştutqart”, Almaniya) – 11 (10 / 1)

3. Lautaro Martines (“İnter”, İtaliya) – 11 (9 / 2)

4. Erlinq Holann (“Mançester Siti”, İngiltərə) – 9 (8 / 1)

5. Conas Vind (“Volfsburq”, Almaniya) – 8 (7 / 1)

6. Viktor Bonifase (“Bayer”, Almaniya) – 8 (6 / 2)

7. Markus Türam (“İnter”, İtaliya) – 8 (2 / 6)

8. Cud Bellinqem (“Real”, İspaniya) – 8 (6 / 2)

9. Robert Levandovski (“Barselona”, İspaniya) – 8 (5 / 3)

10. Jan-Niklas Beste – 7 (“Heydenheym”, Almaniya) – 7 (3 / 4)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password