Xankəndidə hərbçilərimizə snayper atəşi açan kimdir? – DETALLAR

 

Rusiya Müdafiə Nazirliyinin “Xankəndi şəhərində naməlum şəxs Rusiya-Azərbaycan birgə patruluna snayper silahından atəş açıb” məlumatı müəmmalı suallar yaratdı.

– Snayper atəşi açan kimdir?

– Xankəndidə erməni terrorçular gizlənirmi?

– Bu atəşin məqədi nə ola bilər?

Bu sualların cavab axtarışı müxtəlif versiyaları ön plana çıxarır.

Birincisi, erməni silahlı dəstələrin tərki-silah edilməsi prosesi davam etsə də, tam başa çatmayıb və mümkündür ki, bunu silahı hələ də təhvil vermyənlər edə bilər;

İkincisi, silahı təhvil verməyən erməni terrorçular bu atəşlə “şəhər döyüşünə” başlaya biləcəklərini göstərirlər: bu mesajın arxasında separatçılar dayana bilər, çünki Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan Qarabağdan çıxa bilmir; məlumatlara görə, onların çıxması üçün Bakıya müxtəlif müraciətlər edilsə də, rədd cavabı verilib; istisna deyil ki, separatçılar snayper atışı ilə Qarabağı tərk edə bilməsələr, terror fəaliyyətinə başlaya biləcəklərini, “şəhər döyüşlərindən” çəkinməyəcəklərini göstərməyə çalışır, bununla nəticə əldə etmək istəyirlər;
Üçüncüsü, snayper atışını sülhməramlıların özü də təşkil edə bilər: bununla özlərinin də hədəfdə olduğunu göstərir və bölgədə mövcudluqlarının əhəmiyyətini nümayiş etdirirlər;

Hazırda snayper atəşi ilə bağlı araşdırma aparılır, lakin bu hadisə Xankəndidə erməni terrorçuların gizləndiyini və təhlükə yaratdığını da sübut etdi. Onların zərərsizləşdirilməsi və tərki-silah edilməsi üçün ev-ev axtarışlar aparılması zərurəti var.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password