Qorxu təkcə Zəngəzur deyilmiş – İran bunu da gözləmirmiş

 

“Tehran hesab edir ki, Azərbaycan uğurlu antiterror tədbirlərindən sonra diqqəti Zəngəzur dəhlizinin açılmasına yönəldəcək və Türkiyə bu məsələdə Bakıya dəstəyini artıracaq”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert cənub qonşumuzun Ermənistanla birlikdə Azərbaycan əleyhinə fəaliyyətlərinə diqqət çəkib:

“Tehran yalnız Zəngəzur dəhlizinin açılmasından narahat deyilmiş, bütün Qarabağın Azərbaycanın nəzarətinə keçməsi də İrandakı dairələri çaşbaş salıb. Tehran Azərbaycanın ildırım sürətilə Qarabağa nəzarətini təmin etməsini gözləmirdi. Təsadüfi deyil ki, İran rəsmiləri Azərbaycan ordusunun cəmi 24 saat çəkən uğurlu antiterror tədbirlərindən dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdılar. Qriqoryan oktyabrın ilk günü Tehrana getdi. Ümumiyyətlə, Tehran Qriqoryanı az qala hər ay Tehrana çağırır.

Tehran nədən bu qədər narahatdır?

İranın ilk narahatlığı həmişəki kimi Zəngəzur dəhlizi ilə bağlıdır. Tehran hesab edir ki, Azərbaycan uğurlu antiterror tədbirlərindən sonra diqqəti Zəngəzur dəhlizinin açılmasına yönəldəcək və Türkiyə bu məsələdə Bakıya dəstəyini artıracaq. Tehran qorxur ki, Ermənistan Baş naziri Nikol Paşinyan Bakı ilə Ankaranın təzyiqləri qarşısında tab gətirməyərək Zəngəzur dəhlizini açacaq. Ona görə də Tehran Qriqoryan vasitəsilə Paşinyana mesaj göndərir ki, “möhkəm ol, mövqeyindən çəkinmə”.

Elxan Şahinoğlu hesab edir ki, Tehranın digər narahatlığı İranda yaşayan azərbaycanlılarla bağlıdır:

“Azərbaycanın uğurlu antiterror tədbirləri ilə bütün Qarabağa nəzarətini təmin etməsi İranda yaşayan azərbaycanlıların böyük qismində ruh yüksəkliyi yaradıb. Bunu Güney Azərbaycandan gələn məlumatlar da təsdiqləyir. Tehran bu ruh yüksəkliyindən narahatdır.

Bəs Tehran bunun qarşısını necə ala bilər?

İranın yeganə alternativi Azərbaycanla münasibətləri normallaşdırması, o cümlədən Azərbaycana qarşı təxribatçı açıqlamalara son verməkdir. Ancaq Tehranda bunu bacarmırlar, “adət”lərindən əl çəkmirlər, “qırmızı xətlər” siyahısına Qarabağ separatçılarını da daxil ediblər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password