Türkiyə ordusu böyük əməliyyata başlayır

 

Türkiyənin sərhədləri xaricindəki əməliyyatları müvəffəqiyyətli olduqca terror təşkilatları da “mən buradayam” mesajı vermək üçün səs-küylü əməliyyatlar planlayır və təbii ki, burada uğursuz olurlar.

Bu sözləri türkiyəli təhlükəsizlik üzrə mütəxəssis Məsud Şöhrət Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ölkə xaricində mümkün antiterror əməliyyatları ilə bağlı çıxışını şərh edərkən deyib.

O bildirib ki, xüsusilə MİT və təhlükəsizlik qüvvələrinin əməliyyatları terrorçu rəhbərləri çıxılmaz vəziyyətə salıb:

“Mətbuatda yayımlanmayan və bizim görmədiyimiz bir çox olayın qarşısı təhlükəsizlik qüvvələri və MİT tərəfindən alınır. Bunu dəqiq deyə bilərik. Hörmətli prezidentimizin açıqladığı kimi, terrora konkret olaraq son qoyulması məsələsində Türkiyə qəti qərarını verib. Qarşıdakı günlərdə əməliyyatın olacağını düşünürəm. Zaman məsələsi də önəmlidir. Yay mövsümü sona çatdı. Hava şərtləri də ideal görünür. Növbəti günlərdə bunun mümkün olacağını düşünürəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password