Zəngəzur dəhlizi türk dünyasını geosiyasi gücə çevirəcək

 

Prezident İlham Əliyevin dəvəti ilə Rəcəb Tayyib Ərdoğanın Naxçıvana işgüzar səfərə gəlməsi zaman və məkan baxımından çox önəmli və mesaj dolu bir Zirvə oldu.

Bu sözləri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri haqqında danışan Azərbaycan Dövlət İqtisad Universitetinin dekanı, professor Mehmet Yüce deyib.

Professor dövlət başçılarının keçirdiyi görüşlər zamanı vurğulanan və diqqət çəkən məqamları aşağıdakı kimi sıralayıb:

“Birincisi, görüşlər zamanı əlaqələri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin əhəmiyyəti təkrar-təkrar vurğulandı. Ölkələrimiz üçün əsas sənəd olan bəyannamə regional güc balansına təsir göstərən, sabitliyi dəstəkləyən, eyni zamanda türk dünyası üçün də ilkin yol xəritəsi mahiyyəti daşıyan tarixi manifestdir.

İkincisi, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret addımların atılması məsələsi müzakirə edilib. İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi də buna sübutdur. Sözügedən kəmər Naxçıvanın İran qazından asılılığına son qoyacaq. Eyni zamanda layihənin həyata keçirilməsi Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcək.

Üçüncüsü isə əsas gündəm mövzusu olan Zəngəzur dəhlizinin açılmasıdır. Qars-Naxçıvan dəmir yolu xətti layihəsi də böyük mənada dəhlizin fəaliyyətə keçməsinin bir komponentidir. Azərbaycan Bakı-Zəngəzur-Naxçıvan-Qars dəmir yolu xəttinin şərq hissəsinin infrastrukturunun hazırlanması üçün hazırda bütün işləri görür. Qars-Naxçıvan dəmir yolunun çəkilməsi ilə də xəttin qərb hissəsi qurulmağa başlayacaq. Dəhlizin açılması Naxçıvanı Avrasiyanın önəmli logistika mərkəzinə çevirəcək. Ölkələrimizin dərinləşən əməkdaşlığı yaxın gələcəkdə Mərkəzi Asiyadakı qardaş ölkələrimizi də özünə cəlb edəcək yeni bir geosiyasi gücün üzə çıxmasına səbəb olacaq”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password