Azərbaycanda qiymətləndirmə fəaliyyətinin istiqamətləri müəyyənləşdirilib

 

Azərbaycanda qiymətləndirmə fəaliyyəti 20 istiqamətdə aparıla bilər.

Bunlar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsində nəzərdə tutulub.

Layihəyə əsasən, qiymətləndirmə fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:

– daşınar əmlakın qiymətləndirilməsi:

– maşın və avadanlıqların qiymətləndirilməsi;

– nəqliyyat vasitələrinin qiymətləndirilməsi;

– heyvan və bitkilərin qiymətləndirilməsi;

– digər daşınar əmlakın qiymətləndirilməsi;

– daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;

-daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;

– müəssisələrin qiymətləndirilməsi;

– qeyri-maddi əmlak nemətlərinin qiymətləndirilməsi:

– əqli mülkiyyət hüququ obyektlərinin qiymətləndirilməsi;

– hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının qiymətləndirilməsi;

– tələblərin və hüquqların qiymətləndirilməsi;

– debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;

– kreditor borcların və digər öhdəliklərin qiymətləndirilməsi;

– təbii sərvətlərin qiymətləndirilməsi;

– dəymiş zərərin qiymətləndirilməsi;

– əldən çıxmış mənfəətin qiymətləndirilməsi;

– risklərin qiymətləndirilməsi;

– xidmətlərin qiymətləndirilməsi;

– digər qiymətləndirmə obyektlərinin qiymətləndirilməsi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password