Azərbaycan Qarabağ ermənilərinə nələr göndərdi?
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə göndərilən qutularda un,digər ərzaq və gigeyenik məhsullar mövcuddur.
Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.
Qutularda mövcud olan məhsullar:
– Un
– Çörək
– Peçenye
– Makaron
– Yağ
– Duz
– Düyü
– Mərcimək
– Diş məcunu
– Diş fırçası
– Sabun
– Konfet
Qeyd edək ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.
Bundan öncə, 29 avqust tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan erməni əhaliyə 40 ton yük göndərilsə də separatçılar yükün Xankəndiyə keçidinə imkan verməyib. Rusiya Qızıl Xaç Komitəsinin göndərdiyi yük isə bir neçə gün Azərbaycan ərazisində gözlədikdən sonra sentyabrın 12-də Xankəndiyə keçib. Bu gün isə ermənilər özləri Azərbaycandan yardım istəyir. Azərbaycanın lokal antiterror tədbirlərindən sonra bütün bu maneələr aradan qaldırılıb, separatçılar tərkisilah edildikdən sonra nəinki humanitar təşkilatların, hətta Azərbaycan şirkətlərinin yük avtomobilləri ermənilərin öz istəyi ilə mülki əhaliyə humanitar yardım aparır.