Azərbaycan antiterror tədbirlərinə niyə başladı?
Beynəlxalq hüquqa əsasən, hər bir ölkə öz suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının və nəhayət, öz milli təhlükəsizliyini qorumaq məqsədi ilə antiterror tədbirləri həyata heçirə bilər. Bu, hər dövlətin beynəlxalq aləm tərəfindən tanınan haqqıdır. Bəs bu haqqın icrtasını zəruri edən amillər hansılardlr?
– Müharibə yoxdur, amma mövqelərimiz Ermənistan ordusunun qanunsuz hərbi birləşmələrini tərəfindən atəşə tutulur;
– Həm əsgərlərimiz, həm də həmin ərazilərdə yaşayan və ya işləyən dinc insanlar şəhid olur;
– Buna son qoyulması ilə bağlı Azərbaycanın israrlı təkidlərinə məhəl qoyulmur;
– Minalanmış ərazilərin xəritərələri müxtəlif bəhanələrlə Azərbaycana təqdim edilmir;
Yəqin ki, bu amilləri uzun-uzadı sadalamaqda bir yarar yoxdur.
Görünən odur ki, qonşularımız 44 günlük müharibədən özləri üçün dərs çıxarmadılar. Müharibə bitmiş olsa da, ermənilər revanşist ritorikadan əsla vaz keçmədi və mövqelərimiz atəşə tutmaq, ərazilərimizi minalamaq kimi öz mənfur əməllərindən əl çəkmədi.
Ordumuz Qarabağda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən öncə, Azərbaycan dövləti rus sülhməramlılarını və Rusiya-Türkiyə Birgə Monitorinq mərkəzini məlumatlandırıb. Bundan əlavə, antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan erməniəsilli sakinlərə müraciət olunub. Müraciətdə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ ərazisində qanunsuz silahlı dəstələrin tərksilah edilməsi üçün tədbirlər həyata keçirdiyi, məqsədin 30 il ərzində bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirmək olduğu haqqında erməni əhaliyə məlumat verilib. Tədbirlər həyata keçirilən zaman hərbi hissələrdən, obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi bütün inzibati binalardan uzaq durulmasının vacibliyi onların diqqətinə çatdırılıb.
Prezident Adminstrasiyası yaydığl məllumata görə, rəsmi Bakı çərşənbə axşamı Qarabağdakı antiterror tədbirlərinin dayandırılması üçün Xankəndidəki de-fakto hakimiyyətin “ağ bayraq qaldırmasını”, “bütün silahların təhvil verilməsini, qanunsuz rejimin özünü buraxmasını” tələb edir.
Açıqlamada o da qeyd edilir ki, əks təqdirdə, “antiterror tədbirləri sona qədər davam etdiriləcək”.
Bundan əlavə, Azərbaycan hakimiyyəti Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu da bildirib. Bu təklif, əslində, rəsmi Bakının vəziyyətin gərginləşməsində maraqlı olmadığını, lakin erməni separatçıların qeyri-qanunu silahlı birləşmələri öz cinayıtkar əməllərində israr edəcəkləri təqdirdə, antiterror tədbirlərinin sona çatıdırılmasında nə qədər qətiyyətli olduğunu açıq çəkildə göstərir.
Yuxarıda qeyd etdiklərimdən aydın olur ki, Azərbaycan qan tökülməsində maraqlı deyil və bunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə edir, lakin bununla yanaşı, erməni separatçılarının özbaşınalığına son qoymaqda da qərarlıdır./milli.az