Putinin yerinə göz dikən iki isim – Biri keçmiş cangüdənidir, digəri isə…

 

Cəbhədəki fəlakətli itkilərə görə Kreml yüz minlərlə Rusiya vətəndaşını Ukraynaya qarşı açdığı müharibəyə səfərbər etmək istəyir. Amma hazırda Rusiya Prezidenti Vladimir Putinin əl-qolunu yığan bir nüans var.

Bunu rusiyalı hüquqşünas Nikolay Polozov deyib.

Onun sözlərinə görə, Putinin 2022-ci ildəki fərmanından sonra Rusiyada səfərbərlik dayanmayıb. Başqa bir sual bunun nə qədər intensiv aparıldığıdır. Polozov qeyd edib ki, səfərbərliyin birinci dalğası zamanı Kreml hərbi xidmətə çağırışla bağlı bütün idarəetmə zəncirlərinin tam deqradasiyası ilə üzləşib. Həmçinin Rusiya hakimiyyəti onun həyata keçirildiyi üsullarla bağlı əhalinin narazılığı ilə üz-üzə qalıb.

Bu baxımdan, Polozov vurğulayıb ki, Kreml indiyədək “Vaqner” kimi qruplaşmalar və dustaqların bu dəstələrə cəlb edilməsinə diqqəti artırıb. Rusiya Müdafiə Nazirliyi yenə həbsxanalara üz tutub. Həmçinin, Ukraynaya döyüşmək üçün müqaviləli işçilər göndərilir ki, onlar məhbuslarla birlikdə Rusiya ordusunun itkilərini qismən ödəyir.

Hüquqşünas iddia edir ki, Rusiya hakimiyyəti səfərbərlikdən yayınma cəhdlərini dayandırmağa yaxşı hazırlaşıb. O cümlədən, müvafiq qanunvericilik bazasının qurulması yekunlaşdırılıb, elektron çağırış sistemi yaradılıb.

“Eyni zamanda, davam edən müharibənin daha çox insan qüvvəsi tələb etdiyi bəllidir. Putini kütləvi səfərbərlikdən saxlayan yeganə şey altı aydan sonra keçiriləcək seçkidir. Fikrimcə, bu səfərbərlik son gücləndirici qanunun imzalanmasının ertəsi günü elan ediləcək”, – ekspert bildirib.

Həmçinin, Polozov hesab edir ki, genişmiqyaslı səfərbərlik narazılığa səbəb ola bilər:

“Kreml bu və ya digər səbəbdən seçkiləri ləğv etmək qərarına gəlməyəcəksə, tarazlığı saxlayacaq. Gələn ilin yazında keçirilməli olan seçkilərə adi seçki kimi baxılmamalıdır. Bu, Putinin seçkiləri olacaq, qalanları isə əlavələr olacaq”.

Polozovun iddiasına görə, post-Putin dönəmində Rusiya elitası stuporda qalacaq, çünki indi hər şey Putinə bağlıdır və Kreml indi kiminsə onu əvəzləyəcəyinə inanmır:

“Yəni Putindən sonra hakimiyyət boşluğu yarana bilər. Məsələn, Stalinin ölümündən sonra olduğu kimi. Onun komandası fraksiyalara parçalanaraq, hakimiyyəti ələ keçirməyə cəhd edəcəklər. Yüksəlməkdə olan müəyyən isimlər var. Məsələn, Tula vilayətinin qubernatoru, Putinin keçmiş cangüdəni Dyumin. Digəri Moskva meri Sobyanindir. Mer seçkilərində səslərin böyük əksəriyyətini toplayıb”.

Ekspertin sözlərinə görə, əslində müharibə yalnız hakimiyyəti saxlamaq üçün bir vasitədir:

“Seçkilərə qədər genişmiqyaslı səfərbərlik olmayacaq. Olsa da, ucqarlarda olacaq. Moskvada və ya digər böyük şəhərlərdə – əsas etirazçı kütlənin yaşadığı yerlərdə olmayacaq. Seçkilərdən sonra heç bir məhdudiyyət olmayacaq. Onda 1 milyon insanı orduya çağıra bilərlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password