Türkiyə dəhliz anlaşmasından kənarda qaldı – Ərdoğan hərəkətə keçdi

 

Hindistan, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Fransa, Almaniya və Avropa Birliyi arasında ticarətin artırılmasına, enerji resurslarının təmin edilməsinə və Hindistanı Yaxın Şərq və Avropaya birləşdirəcək rəqəmsal əlaqənin təkmilləşdirilməsinə kömək edəcək dəmir yolu və dəniz layihəsi olan IMEC üçün anlaşma (MoU) imzalanıb.

Türkiyəli siyasi ekspert Betül Doğan Akkaş “Anadolu”ya sözügedən layihənin Çinin “Bir Kəmər, Bir Yol” projesini xatırlatdığını, amma bunun enerji, məlumat və ekoloji cəhətdən təmiz resursların ötürülməsini vəd etdiyi üçün ondan fərqləndiyini deyib.

Layihədə məqsədin ABŞ-la yaxınlıq yaratmaq ola biləcəyini bildirən Akkaş bunun BƏƏ və Səudiyyə üçün balans layihəsi olacağına diqqət çəkib.

Akkaş Şərqi Aralıq dənizində davam edən rəqabətdə Türkiyədən deyil, Yunanıstan və İtaliyadan keçən bir plan quraraq, münasibətlərin yaxşılaşmasına baxmayaraq Ankaranın bura daxil edilmədiyi bir tənlik qurulduğunu söyləyib.

“Türkiyənin Şərqi Aralıq dənizində, xüsusilə enerji yolları və qitə şelfləri vasitəsilə davam edən siyasi və iqtisadi rəqabəti bu dəhlizlə fərqli səviyyəyə keçə bilər. Belə bir fikrin olduğu deyilmir, amma Türkiyənin layihəyə cəlb olunması həm Şərqi Aralıq dənizi rəqabətini yumşalda, həm də Ankara-Körfəz münasibətlərini gücləndirə bilər. Layihəyə potensial dəyişikliklər böyük regional nəticələrə səbəb ola bilər”, – Akkaş vurğulayıb.

Ekspert bu dəhliz nə dərəcədə real ola biləcəyinə də toxunub:

“Layihənin liman tərəfləri iqtisadi nəticələri baxımından daha müsbət qarşılana bilər, amma Hindistan dəhlizi, xüsusən də Körfəz dövlətlərini əhatə edən hissədə verilən proqnozu doğrultmaya bilər”.

Siyasi analitik Şafak Ertan Çomaklı isə bildirib ki, IMEC-in əsas məqsədləri Hindistan, BƏƏ, Səudiyyə, İordaniya, İsrail və Avropa arasında mal və xidmətlərin tranziti, həmçinin yeni investisiyaları təşviq etmək üçün mövcud dəniz və quru nəqliyyat marşrutlarını tamamlayacaq etibarlı və qənaətcil dəmir yolu şəbəkəsi təmin etməkdir. O qeyd edib ki, məqsəd iqtisadi artımı dəstəkləmək, təmiz enerjinin inkişafı və ixracını asanlaşdırmaq, ərzaq təhlükəsizliyi və təchizat zəncirlərini gücləndirməkdir.

Çomaklı IMEC-in Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə oxşar məqsədləri olduğuna diqqət çəkib:

“Türkiyə IMEC layihəsinin onu sıradan çıxarmasına qarşı çıxır və öz ticarət dəhlizlərini qurmağa çalışır. Türkiyə regional güc, ticarət və enerji dəhlizləri baxımından geostrateji mövqedə olmaqla yanaşı, Avropa bazarında da mühüm yerə malikdir. Bu səbəbdən regionun açar ölkəsi olan Türkiyənin masa arxasında olmaması həllini gözləyən məsələlərdəndir”.

İsrailli ekspert Yonatan Frimana görə, nəzərdə tutulan dəhliz Avropa və Asiya qitələrini birləşdirən müvafiq regionların iqtisadi-siyasi əhəmiyyətini artırmaq potensialına malikdir.

Friman anlaşmanın İsraili Səudiyyə və digər müsəlman-ərəb ölkələri ilə yaxınlaşdıra biləcəyini, həmçinin İsrailin Rusiya və Çinə qarşı koalisiya olaraq görülən bu ölkələrlə əlaqələrinə təsir edə biləcəyini deyib.

“Təhlükəsizlik məsələsinə gəlincə, Türkiyə NATO-ya üzv olduğu üçün bu missiyaların daha çoxunda iştirak edə bilər. Bu razılaşma sayəsində Türkiyənin yeni iqtisadi imkanlara sahib olması mümkündür, bu baxımdan, gələcəkdə bu müqaviləyə tərəfdaş olmaq istəyə bilər”, – israilli ekspert söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq məsələyə öz münasibətini bildirib:

“Türkiyəsiz heç bir dəhliz ola bilməz. Türkiyə mühüm istehsal və ticarət bazasıdır. Şərqdən Qərbə nəqliyyat üçün ən uyğun xətt Türkiyə ərazisindən keçir”./telegraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password