Ceyhun Bayramov BMT-də Qərbi Azərbaycana qayıdış məsələsini qaldırdı

 

Ermənistandakı bütün azərbaycanlı yaşayış məntəqələrinin və toponimlərinin adları dəyişdirilib, tarixi-mədəni irsimiz qəsdən hədəfə alınıb, vandalizmə məruz qalıb, məhv edilib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında deyib.

Nazir qeyd edib ki, Ermənistanın beynəlxalq arenada məsuliyyətə cəlb edilməsi çox vacibdir.

“1987-ci ildən 1991-ci ilə qədər yüz minlərlə azərbaycanlı Ermənistandakı dədə-baba yurdlarından zorla qovulub. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Biz Ali Komissardan və BMT-nin digər ixtisaslaşmış qurumlarından Ermənistandakı evlərindən qovulmuş azərbaycanlıların hüquqlarına toxunmasını gözləyirik.

Azərbaycanlılara qarşı beynəlxalq insan haqları qanunlarını kobud şəkildə pozduğuna görə Ermənistanın beynəlxalq arenada məsuliyyətə cəlb edilməsi çox vacibdir. Bu, belə cinayətlərin qurbanları üçün ədalətin əldə edilməsi istiqamətində əhəmiyyətli addım olacaq və həqiqi barışıq üçün mühüm əhəmiyyət kəsb edəcək”, – deyə Ceyhun Bayramov əlavə edib.

Xatırladaq ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password