İstanbulda Türk Dövlətləri Multimodal Nəqliyyat və Logistika Forumunun açılışı olub
Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Multimodal Nəqliyyat və Logistika Forumunun açılışı olub.
Türk Dövlətləri Təşkilatına istinadən xəbər verir ki, iclasda türk dövlətləri arasındakı əməkdaşlıq müzakirə olunub.
Həmçinin, Orta Dəhlizin əhəmiyyəti vurğulanıb.
Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu görülən işlərin Türk dövlətləri arasında inkişafa töhfə verəcəyinə inamını ifadə edib.