Zaxarova Simonyanın onu “hansısa katibə” adlandırmasına münasibət bildirib

 

Onun səviyyə ilə bağlı aşkar problemlərinin olduğu barədə mübahisə etmək çətindir.

APA-nın Moskva müxbiri xəbər verir, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onu “hansısa katibə” adlandırmasına münasibət bildirərkən deyib.

O, dünyanın bütün katibələrinə dəstək ifadə edib: “Mən isə planetin bütün “katiblərinə” dəstək sözləri demək istəyirəm. Rəfiqələrim! Sizin işiniz ən böyük rəisin belə uğurunun açarıdır. Gündəlik zəhmətkeş işiniz, o cümlədən plan tərtib etmək, görüşlər təşkil etmək, sənədlərlə işləmək, zəngləri qəbul etmək və milyonlarla müxtəlif narahatlıqlar, hər şey boşa gedəcək. İnciməyin, bu adamın, əminəm, düşünmədən ağzından çıxıb. Onun dediklərinə münasibətinizi erməni xalqına aid etməyin. Erməni xalqı müdrik, çox dərd çəkən və sevən xalqdır”, deyə Rusiya XİN sözçüsü teleqram kanalında yazıb.

Qeyd edək ki, Zaxarova Simonyanın Laçın dəhlizi və Rusiya sülhməramlıları ilə bağlı vəziyyəti tənqid etməsini şərh edərkən Ermənistan rəsmilərinin bəyanatlarını “kobudluq” adlandırıb.

Buna cavab olaraq isə Simonyan Zaxarovanı “hansıda idarənin hansısa katibəsi” adlandıraraq ona cavab verməyəcəyini bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password