Hikmət Hacıyev İsrail XİN-in baş direktoru ilə görüşüb

 

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi ilə görüşüb.

Bu barədə Azərbaycanın İsraildəki səfirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, İsrailə səfəri çərçivəsində Hikmət Hacıyev bu ölkənin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb.

Qeyd olunub ki, görüşdə rəsmilər ikitərəfli münasibətləri və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password