“Azərbaycan İnvestisiya Şirkəti” İsrail startapına investisiya yatırıb – Mikayıl Cabbarov

 

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AIC) kiber təhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670 min ABŞ dolları investisiya yatırıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yaz.

“İsrailin OurCrowd Fondu ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC elektrik avtomobillərdə daxili sistemləri kiberhücumlardan qorumaq məqsədilə etibarlı təhlükəsizlik həlləri təmin edən kiber təhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670 min ABŞ dolları investisiya yatırıb”, – nazir qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password