Rusiyanın İstintaq Komitəsi Priqojinin öldüyünü təsdiqləyib

 

Rusiyanın İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin ölümünü rəsmən təsdiqləyib.

Bu barədə İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətində Y.Priqojinə məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində eyni zamanda 6 sərnişin, o cümlədən “Vaqner”in komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Qəza nəticəsində təyyarədə olan 10 nəfər həlak olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password