Ağdam marşrutu qəbul olundu, cinayətkarlar həbs ediləcək

 

Ağdam yolu açılacaq və reinteqrasiya prosesi başlayacaq. Artıq bununla bağlı konkret qərarlar var.

Bu barədə Xankəndidə özünü “siyasətçi” kimi təqdim edən David Qalstyan deyib.

Onun sözlərinə görə, Araik Arutyunyan və komandası bununla bağlı müzakirələr aparıb:

“Xankəndidə baş verən qarşıdurmanın səbəbləri də bundan qaynaqlanır. Artıq yüklərin Ağdam yolundan qəbul edilməsi ilə bağlı qərar var və bu, yaxın günlərdə açıqlanacaq. Daha sonra inteqrasiya prosesi başlanacaq və Azərbaycanın axtarışa verdiyi şəxslərin həbsi də həyata keçiriləcək. Araik Arutyunyan sadəcə özünü xilas etməyə çalışır”.

Qeyd edək ki, separatçıların iclas keçirdiyi və yüklərin Ağdam yolundan qəbul edilməsinə razılaşdığı haqda məlumatlar var.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password