Belçika XİN başçısı: “İrəvan və Bakıda keçirəcəyim görüşlərin tarixi dönüşə səbəb olacağına ümid edirəm”

 

“Ümid edirik ki, İrəvan və Bakıda keçirəcəyimiz görüşlər tarixi dönüşə səbəb olacaq”.

Bunu Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 22-də İrəvanda ermənistanlı həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Brüssel, İrəvan və Bakıda yeni məsləhətləşmələr keçirəcək: “Bu müzakirələrin tarixi dönüşə səbəb ola biləcəyinə ümid edirik. Buna nail olmaq çətin olsa belə, tarixi qarşıdurmadan yeganə çıxış yolu danışıqlar və kompromislərdir”.

Qeyd edək ki, H.Labib hazırda Ermənistandadır. O, avqustun 24-25-də Azərbaycanda olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password