Gərginlik böyüyür – “Bakı danışıqları dayandıra bilər”

 

“İrəvan “radikal addım” atmağa cəsarət etdi, BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsinin qəbulu proseduruna başlayıb”.

Bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspertin fikrincə, Ermənistanın Azərbaycan əleyhinə bu səyləri gözlədiyi nəticəni verməyə bilər:

“Qətnamənin qəbulu üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının bütün üzvlərinin, o cümlədən 10 qeyri-daimi üzvdən 9-nun səsini almalıdır. Təhlükəsizlik Şurasının hazırkı qeyri-daimi üzvlərindən bir sıra dövlətlər Azərbaycanın güclü mövqeyə malik olduğu Qoşulmama Hərəkatının üzvüdür. Bir sıra digər ölkələrin də Bakı ilə İrəvandan daha sıx əlaqələri var. Məsələn, Albaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri.

Güman etmək olar ki, ABŞ və Rusiya öz bitərəfliyini qorumaq və danışıqlar prosesinin tərəflərinə təsir imkanlarını itirməmək, danışıqların fəal moderatorları kimi qalmaq üçün qətnamənin qəbulunu dəstəkləməyəcək. Bunun müqabilində qətnamə yox, xüsusi bəyanat və ya müraciətin qəbulunu təklif edə bilərlər. Azərbaycanla əməkdaşlıq məsələsində xüsusi mövqe tutan Böyük Britaniyanın daha təmkinli mövqedən çıxış edəcəyinə də ümid etmək lazımdır.

Amma bütünlüklə İrəvanın tərəfində olan Parisin qətnamənin qəbulu üçün xüsusi fəallıq göstərəcəyi istisna deyil”.

İlqar Vəlizadə hesab edir ki, belə bir bədnam qətnamə qəbul edilsə, Azərbaycan Vaşinqton və Moskvadakı danışıqlarda iştirakının dayandırılmasına qədər ən radikal qərarları qəbul edə bilər:

“Brüssel bu şərtlər daxilində yeganə müvafiq platforma olaraq qala bilər.

Prezident İlham Əliyev bundan əvvəl Ermənistanın sülh müqaviləsinə Azərbaycandan daha çox ehtiyacının olduğunu və Azərbaycanın sülh müqaviləsi olmadan da yoluna davam edə biləcəyini bəyan edib. Bu və ya digər şəkildə bəllidir ki, münaqişə tarixinin sonu hələ müəyyənləşməyib və Laçın yolu ətrafında vəziyyətin gərginləşməsi yeni situasiyada ancaq münaqişə gündəmini oyadır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password