Qərbi Azərbaycan İcmasından Belçikaya çağırış

 

Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirinin səsləndirdiyi fikirləri qınayıb.

İcma bununla bağlı bəyanat yayıb.

“Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirini “blokadanın aradan qaldırılması” ilə bağlı 2023-cü il 12 avqust tarixində səsləndirdiyi reallıqdan tamamilə uzaq, qərəzli fikirlərini qınayır və Belçikanı Ermənistanın manipulyasiya siyasətinə aldanmamağa, ölkələrin suverenliyi, ərazi bütövlüyü məsələsinə münasibətdə selektiv yanaşmadan çıxış etməməyə və Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır”, – bəyanatda deyilir.

“Belçikanın xarici işlər nazirinə xatırladırıq ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı bir ərazi mövcud deyildir.

Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirini erməni həmkarı ilə növbəti təmaslarda, o cümlədən özünün anons etdiyi regiona gözlənilən səfəri zamanı Qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini rəsmi İrəvan qarşısında qaldırmağa çağırır”, – icmadan bildirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password