Su böhranı İran və Əfqanıstan arasında qarşıdurmaya səbəb ola bilərmi?
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspertləri bildirib ki, İranda su böhranının kəskinləşməsi Tehranla regional qonşuları, xüsusən də Əfqanıstan arasında münaqişə riskini artırır.
Gərginlik yazın sonunda, İran hökumətinin Əfqanıstandan Hilmənd çayındakı su payını tələb etməsindən sonra yaranıb. Bundan sonra radikal “Taliban” hərəkatı ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra ölkədə qalan yüzlərlə hərbi texnikanı İran-Əfqanıstan sərhədinə göndərib.
Qeyd edək ki, 1973-cü il Su Bölgüsü Müqaviləsinin müddəalarına əsasən, Əfqanıstan hər il Hilmənd çayından 820 milyon kubmetr su buraxmalıdır, lakin Tehran deyir ki, Kabil bunu əngəlləyir.
İki dövlət arasında su böhranı “Taliban” hərəkatı ilə İran rəhbərliyi arasında uzun müddətdir davam edən siyasi və ideoloji fikir ayrılıqlarından qaynaqlanır.