İranda hicab qaydaları daha da sərtləşdirilir – Vəsiqələri əllərindən alınacaq

 

İranda hicaba dəstək layihəsi çərçivəsində, hicabsızlara hər hansı güzəşt nəzərdə tutulmayacaq, lazım gəldiyi halda pasportları əllərindən alınacaq.

Trend-in məlumatına görə, bunu İran parlamentinin mədəniyyət komitəsinin üzvü Əmir Hüseyn Bankipur İran parlamentində hazırlanan “hicab mədəniyyətinin inkişaf etdirilməsi yolu ilə ailəyə dəstək” layihəsi ilə əlaqədar açıqlamasında deyib.

Ə.Bankipurun sözlərinə görə, hicabla əlaqədar layihə təsdiqləndikdən sonra Daxili İşlər Nazirliyinə təqdim olunacaq. İranın Daxili İşlər Nazirliyi ölkədə orqanlara nəzarət edir və hər hansı qanunsuzluq baş verərsə, sərt cəzalar nəzərdə tutulub.

Bankipur əlavə edib ki, hicaba riayət etməyənlərin 80-90%-i ilk cəza tədbirlərindən sonra geri çəkilirlər. Hicaba riayət etməyənlərə qarşı ilkin cərimə olaraq 60-240 milyon rial (təxminən 1,42 min – 5,7 min dollar) nəzərdə tutulub. Hicab qarşısında məqsədli şəkildə inadkarlıq edən şəxslərin dərhal saxlanılması və həbs olunması nəzərdə tutulub.

Qeyd edək ki, İranın cinayət məcəlləsinə əsasən ictimai məkanlarda hicabsız şəkildə olan qadınlar 10 gün -2 ay müddətinə həbs və yaxud 50-500 min rial (təxminən 1,2-12 dollar) cərimə olunacaq.

Əlavə edək ki, ötən il sentyabr ayında iranlı qız Məhsa Əmininin hicabına riayət etməməsi səbəbi ilə polis şöbəsinə aparılması və polis şöbəsində naməlum şəkildə ölməsi ciddi etirazlara səbəb oldu. Həmin etiraz aksiyalarından sonra İranda hicaba etinasızlıq geniş şəkildə yayılıb. İran vətəndaşları artıq hicaba və onunla bağlı qadağalara etina etməməyə üstünlük verirlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password