“Qarabağda soyqırım törətmiş hər bir şəxsi məsuliyyətə cəlb edəcək” – Rəsmi

 

“Meşəli hadisələri ilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb”.

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-də “Əsas məsələ” verilişində deyib.

O bildirib ki, Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb.

1992-ci il yanvarın 11-də Baş Prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirən Baş prokurorluğun rəsmisi tərəfindən hadisə yerininin fotoları təqdim olunub.

Uzun müddət aparılmış istintaq nəticəsində Xaçaturyan Vaqif Çerkəzoviçin şəxsiyyətinin müəyyən edildiyini deyən İ.Səfərov söyləyib ki, 2013-cü ildən V. Xaçaturyan beynəlxalq axtarışa verilib.

 

“Azərbaycan dövləti Qarabağda azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətmiş hər bir şəxsi məsuliyyətə cəlb edəcək. Bu proses hazırda davam etdirilir”, – deyə İlqar Səfərov qeyd edib.

O bildirib ki, Meşəli birinci soyqırımı hadisəsi deyil: “Kərkicahan, Xocalı, Baş Güneypəyə, Başlıbel, Qaradağlı, “Tunel qətliamı”nda törədilən hadisələrin hər biri fiks edilib. Orada həlak olan vətəndaşlarımız, zərərçəkən şəxslərin hər biri qeydə alınıb. Hər bir hadisə ilə bağlı ilkin zəruri istintaq hərəkətləri tamamalanıb. Bu gün Meşəli soyqırımı ilə bağlı 1992-ci ildə qəbul edilmiş qərarları nümayiş etdirə, tərtib olunmuş sənədləri hamıya təqdim edə bilirik. Digər istintaq hərəkətləri ilə bağlı biz 2022-ci ildə də elan etmişdik ki, cinayət müddətini keçmə məsələsi şamil edilmir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password