Putin zəiflədi, Ərdoğan möhtəşəmdir! – Nevzorov
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin zəifliyini hiss edib.
Bunu rusiyalı publisist və jurnalist Aleksandr Nevzorov deyib.
“Ərdoğan qəsdən Putini atdı. Məncə o, Putində sonsuz bir zəiflik hiss etdi. Putindən fərqli olaraq, Ərdoğan həqiqətən siyasətlə və ölkəsi ilə məşğuldur. Nəhəng, mürəkkəb türk ictimaiyyətini ayaqda saxlayıb onu Avropa Birliyinə aparmağa çalışır. Onun necə uğur qazanacağı barədə heç bir fikrim yoxdur, amma onda çılğın fəal siyasətçini görürəm. Ərdoğanın xaraketrinə gəlincə, “Azov”un azadlığa buraxılmış hərbçiləri ilə dərhal telefonla danışdım. Onlar dedilər ki, Ərdoğan möhtəşəmdir! İnanıram ki, burada Ərdoğanın xaraketinin səciyyələndirilməsinə son qoyacaq ifadə var”, – o bildirib.
Qeyd edək ki, Ukrayna lideri Zelenski Türkiyədən səfərdən qayıdarkən “Azov”un 5 komandirini də özü ilə Kiyevə aparıb. Əsirlərin Rusiyadan azad edilməsi ilə bağlı qərara əsasən isə münaqişə başa çatana qədər “Azov” komandirləri Türkiyədə qalmalı idi./axar.az