Azərbaycanda istiqrazlar niyə “əvvəlcədən satılır”?

 

Son illər Azərbaycanda reallaşdırılan istiqraz buraxılışlarında diqqəti bir məqam cəlb edir.

Bu da çox vaxt təklifin tələblə eyni olmasıdır.

Yəni emitentlər hansı məbləğdə istiqraz buraxırsa, ona sifarişlər də eyni məbləğdə olur. Bu isə ondan xəbər verir ki, istiqrazların kimə, hansı məbləğdə satılması, tədavül müddəti, illik faiz dərəcəsi, faizlərin ödənilməsi tezliyi əvvəlcədən razılaşdırılır və kütləvi təklif üsulu formal xarakter daşıyır. Bəs bu cür vəziyyət kapital bazarı üçün nə dərəcədə normaldır?

Mövzu bazar iştirakçıları ilə müzakirə edilib.

“Bu hallar xarici ölkələrdə də var”

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktoru Cəfər İbrahimli deyir ki, təkliflə tələbin uzlaşdırılması, istiqrazları bazara çıxarmadan onlara müştərilər tapılması hallarına təkcə Azərbaycanda deyil, digər ölkələrdə də rast gəlinir:

“Xarici ölkələrdə də istiqraz buraxan şirkətlər ilk öncə bazar araşdırması aparırlar və potensial müştərilərini müəyyən edirlər, emissiyanın paramentlərini razılaşdırırlar, amma bu barədə ictimaiyyətə məlumat vermirlər. Yəni istiqrazların “əvvəlcədən satılması” qanunla qadağan deyil və normal bir haldır. Emitent “borc alacağına əmin olduqdan” sonra qiymətli kağızlarını dövlət qeydiyyatına aldırır, ardınca fond birjasında listinqə daxil etdirir, daha sonra da alıcılar gəlib o kağızları alırlar. Amma yerləşdirmə prosesində də ortaya yeni alıcılar çıxa, tələb nəzərdə tutulandan çox ola bilər. Heç kimə də hansısa istiqrazı almağa qadağa qoymaq olmaz. Əgər yeni investorlar hərraca çıxarılmış qiymətli kağızlardan əldə edə bilməsə, onda təkrar bazar əməliyyatlarının başlanılmasını gözləməlidirlər. Yəni ola bilər ki, kimsə bu gün aldığı istiqrazı sabah bazara çıxarsın və kiməsə satsın”.

 

Pərvanə Qasımova

“İstiqrazlara müştəri tapmaq çətindir”

Azərbaycandakı digər investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova isə deyir ki, ölkədə qiymətli kağızlar bazarı zəif inkişaf etdiyi üçün istiqrazlara müştəri tapmaq çətindir:

“Odur ki, emitentlər əvvəlcədən müştəri tapmamış istiqraz buraxmırlar. Əgər kiminsə müştəriləri varsa, o, emissiya barədə elan verib, istiqrazlarını qapalı şəkildə yerləşdirə bilər. Digər üsul isə açıq şəkildə, kütləvi təklif üsulu ilə yerləşdirmədir. Bu zaman heç bir şirkətə və ya fiziki şəxsə üstünlük verilə bilməz. Amma investorlar öz aralarında danışaraq istiqrazları hansısa nisbətdə əldə bilərlər. Bu da normal haldır, amma Azərbaycanda elə də rast gəlinmir və dediyim kimi kapital bazarının zəif inkişaf etməsindən irəli gəlir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password