“Rusiya müharibədə qalib gəlsə…” – Şok iddia

 

“Ukrayna müharibəni uduzsa, Rusiya yeni təcavüzə başlayacaq və bundan sonra Amerika əsgərləri döyüşməli olacaqlar”.

Bunu ABŞ-ın keçmiş vitse-prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə mümkün namizəd Maykl Pens deyib.

“Sizə deməliyəm ki, hazırda Ukraynada baş verənlər sadəcə müharibə deyil, daha pisdir. Açığını deyim ki, Rusiyanın bu işğalının qarşısını almaq üçün Ukrayna ordusuna dəstək milli maraqlarımıza uyğundur”, – sabiq rəsmi bildirib.

Pens “Reyqan Doktrinası”nın tərəfdarı olduğunu söyləyib:

“Əgər siz öz torpağınızda ABŞ-ın düşmənləri ilə vuruşmağa hazırsınızsa, biz sizə orada onlarla döyüşmək üçün vasitələr verəcəyik ki, onlarla döyüşmək məcburiyyətində qalmayaq”.

Sabiq vitse-prezident əlavə edib:

“Şübhə etmirəm ki, Vladimir Putin Ukraynanı ələ keçirsə, rus hərbçilərinin sərhədi keçməsi çox çəkməyəcək, nəticədə biz onlarla döyüşmək üçün əsgərlərimizi göndərməli olacağıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password