Rusiya “Taxıl sazişi”ndən çıxdı – Avropa İttifaqı Moskvanın şərtlərini qəbul etmədi

 

“Taxıl sazişi”nin uzadılması üçün heç bir əsas yoxdur”.

Rusiya Xarici İşlər Nazirliyinin İstanbul razılaşması ilə bağlı yaydığı bəyanatda belə deyilir. “Qərbin hazırkı mövqeyi və BMT-nin susqunluğu onu göstərir ki, iyulun 17-dən sonra taxıl sazişinin uzadılması üçün heç bir əsas yoxdur”, -deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.

Qeyd edək ki, taxıl sazişi sonuncu dəfə mayın 17-də iki aylıq müddətə uzadılıb. Rusiya Qərbi sazişin tələblərini yerinə yetirməməkdə ittiham edir. Tolyatti-Odessa amonyak boru kəmərinin partladılmasından sonra isə rəsmi Moskva taxıl sazişindən çıxacağını açıqlayıb.

Dünən isə “The Financial Times” qəzeti vəziyyətlə tanış olan beş mənbəyə istinad edərək Avropa İttifaqının sanksiyalar altında olan Rusiya Kənd Təsərrüfatı Bankına törəmə müəssisə yaratmağa və onu beynəlxalq SWIFT sisteminə qoşmağa icazə vermək imkanını nəzərdən keçirdiyi haqqında məlumat yaymışdı.

Məqalədə vurğulanır ki, qərar təhlükə altında olan Qara Dəniz Taxıl Təşəbbüsünü – taxıl sazişini qorumaq məqsədi daşıyır.

Qəzetin həmsöhbətlərinin fikrincə, bu addım Rusiya bankının yaradılacaq törəmə bankına taxıl müqaviləsi ilə bağlı ödənişləri həyata keçirməyə imkan verəcək. Bu müqaviləyə əsasən, Ukrayna taxılı Rusiyanın blokladığı Qara dəniz limanlarından ixrac edilir.

May ayında Rusiya taxıl müqaviləsinin müddətinin iki ay uzadılmasına razılıq verib, lakin Moskva taxılının və gübrələrin ixracına maneələr aradan qaldırılmasa, müqaviləni ləğv edilə biləcəyini vurğulayıb. Müqavilənin uzadılması üçün Rusiya hakimiyyətinin şərtlərindən biri “Rosselxozbank”ın SWIFT beynəlxalq bank ödəniş prosessoruna yenidən qoşulmasıdır. Bu planı BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlar zamanı Rusiya təklif edib. Moskvanı “taxıl müqaviləsi”ni uzatmaq şərti iyunun sonunda Aİ sammitində müzakirə mövzusuna çevrilib. FT-nin iki mənbəsinə görə, planın tərəfdarları bunu “ən pis variant” adlandırıblar. Çünki onların fikrincə, Rusiyanın bu dəfə “taxıl sövdələşməsi”ni uzatmamaqla bağlı hədələri əvvəlkindən daha ciddi görünür.\AzPolitika.info\

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password