Fransada ərəblərin üsyanı gedir – Ağar

 

Hadisə baş verəndən sonra Fransa dövləti böhranın idarə edilməsində çox böyük səhvə yol verdi. Proseslərin belə ağırlaşmaması mümkün idi. Ancaq insanların etibarı sarsıldı və qəzəb partlayışına səbəb olan hadisələr baş verdi.

Bu sözləri Fransada baş verən iğtişaşlar haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert narazılığın, baş verən iğtişaşların səbəblərindən, köklərindən bəhs edib:

“Fransa polisi əvvəl öldürülən əlcəzair əsilli vətəndaşın 17 yaşında olduğunu bilmədikləri haqqında açıqlama verdi. Yəni cinayəti üzərlərindən ataraq zərərçəkənin üzərinə yıxmaq yanaşmasını ortaya qoydular. Amma daha sonra sosial mediada yayılan görüntülər bunun bir yalan olduğunu üzə çıxardı. Görüntülərdən polisin maşını idarə edən gəncə fiziki əziyyət verdiyi, onun ağrıdan şüurunu itirdiyi məlum oldu. Sonra gəncin qaçmaq üçün yox, qeyri-ixtiyari şəkildə qaza basdığını, polisin isə onu ön şüşədən dərhal güllələdiyi göründü. Bütün bunlar ortaya çıxdığı anda hər kəs küçələrə axışdı. Hadisədə cinayət tərkibi var. Yəni cinayət törədən polislər haqqında qanuni cəza tədbirləri görülməli idi. Ancaq proseslər bir anda Şimali Afrikadan gələn, lakin Fransa vətəndaşı olan, özünü ayrı-seçkiliyə məruz qalmış hiss edənlərlə fransızlar arasında mübarizəyə çevrildi. Böhranın kökündə demoqrafiq uyumsuzluq, irqçilik, ayrı-seçkilik, Qərbin təkəbbürü və yuxarıdan aşağıya baxmağı, iqtisadi mənada aşağı sinfin yuxarıya qarşı qəzəbi, islama qarşı düşmənçilik, islamofobiya və ərəb düşmənçiliyi var. Fransa və orada yaşayan afrikalılar arasında böyük bir qütbləşmə mövcuddur. Onlar vətəndaşlıq alsalar belə, qütbləşmə artıq dörd-beş nəsildir ki, davam edir. Kökləri Fransanın müstəmləkəçilik siyasətinə qədər uzanır. Yəni Fransanın xüsusilə Şimali Afrikada apardığı dağıdıcı və soyqırım siyasəti bu insanlara tarixi və genetik mənada öz təsirini göstərib. Bunlar oraya sonradan gəlmə miqrant və s. deyillər, kollaborantdırlar – Afrikanın işğalı zamanı Fransa ilə əməkdaşlıq edən, ona görə də vətəndaş olmaq hüququ qazananların dördüncü-beşinci nəsildən nəvələridirlər. Bəli, ortada əməkdaşlıq var, amma həm də fransız millətçilərinin bunları insan yerinə qoymaması, sıxışdırması, kin və nifrət, ayrı-seçkilik var. Polisin törətdiyi axırıncı hadisə ilə də bütün sadaladıqlarımız ətə-qana bürünüb. İğtişaşların iştirakçılarından biri polisin çox ağır təsiri olan qazdan hətta heç bir şeyə qarışmayan, kənardan keçən, lakin gözünə pis dəyən hansısa bir afrofransıza qarşı da istifadə etdiyini dedi. Məsələ artıq tamam fərqli məqsədlər üçün də vasitəyə çevrilir. Əsas məqsəd isə Fransanın geosiyasi müqaviməti ilə bağlıdır. İndi ifrat sağçı Marin Le Pen tərəfdarları, eyni zamanda liberal quruluşa qarşı olanlar da küçələrə çıxmağa başladı. Bunlara bir sıra dini quruluşlar da daxildir. Yəni mövcud gərginliyin daxildəki uzantılarla birlikdə istismar edilməsi və ya geosiyasi təzyiqə çevrilməsi cəhdləri var”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password