Müştərilər sığorta sahəsində nə üçün dələduzluğa əl atır? – Ekspertdən açıqlama

 

Sığorta – maliyyə sektorunun ayrılmaz tərkib hissəsidir və sığorta şirkətlərinin əsas vəzifə borcu sığorta hadisələrinin tənzimlənməsi və ödənişlərin həyata keçirilməsidir. Bu səbəbdən də sığrota sahəsi zaman-zaman özünə dələduzluq niyyəti olan insanları cəlb edir.

Bunları Aktulinfo.org-a açıqlamasında Azərbaycan Sığortaçılar Asossasiyası (ASA) ekspert qrupunun üzvü Fariz Hacızadə deyib.

Ekspert qeyd edib ki, baş verən dələduzluq hallarının təhlili göstərir ki, bu kimi neqativ halları əsasən iki növə bölmək olar: Əhalinin sığorta sahəsində, həmçinin hüquq sahəsində bilik və savadlarının kifayət qədər olmaması səbəbindən bəzən baş vermiş real hadisə zamanı yararlanaraq artıq qazanc əldə etmək və ya sığorta təminatına düşmədiyi halda, dəymiş zərəri sığorta şirkətlərinin hesabına bərpa etmək məqsədilə müxtəlif yollara əl atırlar.

Bəzən yol nəqliyyat hadisələri zamanı vətəndaşlar öz aralarında qabaqcadan danışır, razılığa gəlib sığorta şirkətini aldatmağa çalışırlar.

Fariz Hacızadənin sözlərinə görə, bu kimi hallar öncədən planlaşdırılmamış bir dələduzluq halıdır və bu kimi hadisələrə daha çox rast gəlirik. İkinci növ dələduzluq halları kimi sığorta şirkətinə ziyan vuraraq qeyri-qanuni yolla varlanmaq, qazanc əldə etmək məqsədilə öncədən planlaşdırılmış və müvafiq nəzarət qurumunun məsul şəxslərinin də aldadılması və ya iştirakı ilə həyata keçirilən halları misal çəkmək olar. Burada sığorta hadisəsinin imitasiyası və ya qəsdən nəqliyyat vasitəsinin, əmlakın dəyərinin şişirdilərək sığortalanması hallarını misal çəkmək olar. Bəzən xaricdən zədələnmiş vəziyyətdə gətirilən avtomobillər üzrə yük avtomobili ilə yol-nəqliyyat hadisəsini imitasiya edərək avtomobilə dəymiş zərəri sığorta şirkətindən almağa çalışırlar.

Son dövrdə maliyyə çətinlikləri ilə bağlı bəzi insanlar daha çox imitasiya olunan dələduzluqlara əl atırlar. Bilərəkdən daşınar və daşınmaz əmlakla bağlı hadisələrin törədilməsi hadisələri artır.

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password